Bakıda tanınmış şirkətə ziyan vurmaqda ittiham olunan Tamilla Əliyeva barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.
Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “Sinteks" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.
Paytaxtda xaricdə gətirilən bahalı geyim və digər məhsulların satışı ilə məşğul olan şirkətin pulu Tamilla Əliyeva tərəfindən mənimsənilib.
Tamilla Əliyevanın barəsində toplanan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 29-na təyin olunub.