4 Dekabr 2019 15:08
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Elxan Babayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elxan Babayev barəsində elan olunmuş hökm ləğv edilib və ona bəraət verilib.

Elxan Babayev məhkəmə iclas zalından azadlığıa buraxılıb.

Elxan Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov