Bakının Nəsimi rayonunda qadın qarət olunub.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayonun F.Qasımzadə küçəsində yerləşən mağazada işləyən Sevda Əliyevanın mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Firudin Əliyev yaxalanıb.
Hacı Zeynalov