Bakının Nəsimi rayonunda meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, meyit H.Aslanov küçəsində aşkar olunub. Üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyitinin şəxsiyyətini təsdiq edən sənədfəi olmayıb. Buna görə də onun kimliyini müəyyən etmək mümkün deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov