Bakının Qaradağ rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mövlanov həbs edilib.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd parton darağı və 3 ədəd patron götürülüb.
Bundan başqa, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşları tərəfindən Naxçıvanski küçəsində yerləşən məişət tullantıları atılan yerdən 1 ədəd nömrəsi silinmiş “Naqan” markalı tapança tapılıb.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən Yeni Yasamal-2 yaşayış sahəsindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən Zabrat qəsəbəsi ərazisində 1 ədəd “Naqan” markalı tapança, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları və 2 ədəd alışdırıcı tapılıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Xakipurdan “TOZ-B” markalı lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron götürülüb.