Türkiyənin Konya şəhərində qadın qısqanclıq zəmnində ərini qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, 46 yaşlı Fadik Sağdıç 53 yaşlı əri Veysəl Sağdıçı çəkiclə öldürüb.
Məhkəmə ifadəsində qadın 28 ildir ərinin qadağaları altında yaşadığını və durumun dözülməz həddə çatdığı üçün onu öldürdüyünü bildirib.
Qadın və övladları məhkəmə ifadələrində Veysəl Sağdıçın psixoloji problemlərinin olduğunu və ailə üzvlərinə şiddət göstərdiyini bildiriblər.
Məhkəmə prosesi davam edir.