Nacıqabul rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Hacıqabul dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmiyev həbs edilib.
Ondan nömrəsi silinmiş “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilib.
Bundan başqa, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruşan kənd sakini M.Şirinovdan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Göygöl rayonunda keçirilib.
Göygöl rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kənd sakini M.Həsənovun həyətindən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “Karabin” markalı tüfəng və 29 ədəd patron aşkar edilib.
Hər üç faktla bağlı araşdırma aparılır.