4 Fevral 2020 17:36
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur".

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyi üçün barəsində 18 yanvar 2020-ci tarixdə axtarış elan olunub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmiş və 25 yanvar 2020-ci il tarixdə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apelyasiya protesti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər