21 Fevral 2020 12:02
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apelyasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya protesti təmin olunmayıb.

Qeyd edək ki, prokuror Xəyal Məmmədovun həbs edilməsini tələb edirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Məmmədovun əməli sübuta yetirilməyib. Məhkəmə ona bəraət verib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Xəyal Məmmədovun əməlinin məhkəmədə tam sübuta yetirildiyini deyib və onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər