Hacıqabul rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yevlax rayon sakini Sənan Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub. Təxminən 40-45 yaşlarında olan kişi hadisə yerində ölüb.
Daha bir yol nəqliyyat hadisəsi Göyçay rayon ərazisində qeydə alınıb. Arif Mustafayev idarə etdiyi “VAZ 2106” markalı maşınla Əzizxanım İbadovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov