30 Sentyabr 2014 12:27
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 3 km aralı) "RENAULT" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlhamə


Müəllif:

Oxşar xəbərlər