3 Oktyabr 2014 10:05
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində vətəndaşa məxsus “FORD markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Növbəti maşın yanması hadisəsi Bakı şəhəri, Xəzər rayonunda baş verib. VAZ-21014 markalı minik avtomobilinin salon hissəsi yanıb. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gecənin daha bir yanğın hadisəsi isə Daşkəsən rayonu, Bayan kəndində (rayon mərkəzindən 13 km aralı) "Azenerjı" ASC-yə məxsus gücü 250 Kvt olan transformatorun yanmasıdır. Yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər. Yanğın saat 07:16-da söndürülüb.


Müəllif:

Oxşar xəbərlər