Qəbələ rayon sakinində silah aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nic qəsəbə sakini E.Falçiyandan 1 ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.