2 İyun 2020 12:47
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.

Novruzəli Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər