Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb. rayon ərazisində Neftçala rayon sakini Füzuli Əliyev üzərinə benzin tökərək özünü yandırıb. Füzuli Əliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən əvvəl Füzuli Əliyev həyat yoldaşı ilə mübahisə edib və daha sonra özünü yandırıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov