Bakıda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
1994-cü il təvəllüdlü Əliyev İsmayıl Əliyar oğlu naməlum şəxs tərəfindən bıçaq zərbəsi alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda döş qəfəsinin kəsilmis-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.