25 Avqust 2020 15:30
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin sabiq direktoru Vaqif Rafiq oğlu Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama görə, Mədəniyyət Nazirliyinin Ağstafa rayon Mədəniyyət Evinin direktoru Vaqif Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.

Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü Vaqif Mehdiyev saxlanılıb.

Məlum olub ki, o, özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - kannabis bitkiləri becərib.

Vaqif Mehdiyev narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı Vaqif Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər