3 Sentyabr 2020 11:26
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər