13 Oktyabr 2014 17:51
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda 5 gün əvvəl baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 8-də, Zaqatala rayonu Muğanlı kəndində qeydə alınıb. Rayon sakini Əlixan Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 11-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: