Rusiyada uğursuz oğurluq hadisəsi baş verib. Teleqraf.com-məlumatına görə, Moskvanın cənub-qərbində “Lada” markalı avtomobili oğurlamaq istəyən oğru yolda qalıb.
18 yaşlı oğru avtomobilin 36 yaşlı sahibini bıçaqla təhdid edərək onu maşından düşməyə məcbur edib. Daha sonra oğru avtomobilə oturub uzaqlaşmaq istəyib.
Xoşbəxtlikdən onun bu cəhdi uğursuz alınıb. Belə ki, bir neçə metrdən sonra “Lada” sönüb. Bunu görən maşın sahibi yoldan ötən insanların köməyi ilə oğrunu saxlaya biliblər.