21 Oktyabr 2014 15:03
2 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dövlət məmuru M.Ö.-ni intim görüntülərlə hədələyərək, yüksək miqdarda pul tələb edən 3 qadın həbs edilib.

Teleqraf.com xəbər verir ki, öz katibəsi ilə cinsi yaxınlıq quran M.Ö.-nin yataq səhnələri gizli kamera vastəsi ilə lentə alınıb. Daha sonra həmin görüntülər nüsxəsi çıxarılaraq katibənin bir neçə dostuna göndərilib. Dələduzluqla məşğul olan qruplaşma bu görüntülər müqabilində M.Ö-dən 100 min Tl pul tələb ediblər: "Əlimizdə sənin sevişmə səhnələrin var. Əgər bizə istədiyimiz pulu verməsən, bütün sosial şəbəklərdə həmin görüntüləri paylaşacağıq".

Hüquq-mühafizə orqanlarına müraciət edən M.Ö. 3 nəfərin həbsinə nail olub. Məhkəmə A.S., T.A. və U.K.-nı 5 il 8 ay müdətinə azadlıqdan məhrum edib.

Ancaq hədələnən məmur bu cəzanın az olduğunu deyərək, apellyasiya məhkəməsinə müraciət edib: "Katibəm mənim kassamı soyub. Çoxlu sayda sənədlərim və çeklərim yoxdur. Mənə həm maddi, həm də mənəvi zərər dəyib. Verilən bu qərar zərərin müqabilində heç nədir. Mən ümid edirəm ki, cinayətkarlar daha ağır cəza ilə cəzalandıracaqlar".

Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər