22 Oktyabr 2014 11:52
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qarət hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 21-də R.Teymurov küçəsində yaşayan Fatimə Hacıyevanı yaşadığı mənzildə tanışı Nadir adlı şəxs bıçaqla hədələyib və 2000 manatıni, qızıl-zinət əşyalarını və sənədlərini alıb.

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Nadir Dəmirov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər