Hindistanda dəhşətli zorlama hadisəsi baş verib.Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, Benqalor şəhərində məktəbdə 3 yaşlı uşaq naməlum şəxs tərəfindən zorlanıb.
Naməlum şəxs əvvəlcə qızı döyüb, sonra isə zorlayıb. Polis hazırda hadisə yerindən qaçan həmin şəxsi axtarır.
Polis müşahidə kameralarını araşdırır və uşağın sağlamlıq vəziyyəti haqqında məhkəmə-tibbi ekspertizanın hesabatını gözləyir.
"İlkin tibbi yoxlama uşağın bədənində zorakılığın izlərini aşkar edib. Qız indi şokdadır", - polis bildirib.
Polis məktəbdə işləyən altı kişi müəllimi mümkün şübhəli şəxslər kimi dindirib. Onlardan hələ heç kim həbs edilməyib.
Qeyd edək ki, ötən il Hindistanda avtobusda 21 yaşlı tələbə qız kütləvi zorlanmaya məruz qalmışdı. Bundan sonra ölkəni zorlamalara qarşı kütləvi etiraz dalğası bürümüşdü.