Ötən il transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 5041 (+965), o cümlədən onların satışı ilə bağlı 1738 (+459) fakt üzrə qanunsuz dövriyyədən bütövlükdə 1 ton 873 kiloqram narkotik vasitə götürülüb.
Güclü təsirə malik narkotik vasitələr sinifinə aid olan 839 kiloqram tiryək və heroin dövriyyədən çıxarılıb, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilib.
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 4084 nəfərdən 2853-ü (+30,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 1239-u (+39,4%) əvvəllər cinayət törətmiş, 69-u (+1,5%) qadınlardır.