16 Fevral 2021 13:54
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elton Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 23-ə təyin edilib.

İttihama görə, hadisə ötən il sentyabrın 16-da Şamaxı rayonu ərazisində baş verib.

Rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elton Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər