28 Fevral 2021 12:54
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kərgəlan kənd sakini C.Mirzəyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin götürülüb.


Müəllif: Hacı Zeynalov