1 Noyabr 2014 11:46
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə toydan qayıdan avtobus qəza törədib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Jeep” markalı avtomobil ilə toqquşduqdan sonra avtobus aşıb. Qəza nəticəsində 17 nəfər yaralanıb.

Məlumatlara görə, qəza Bolu bölgəsi, Mudurnu rayonunun İynəçilər kəndinə qayıdan avtobus sürücüsünün səhvi nəticəsində baş verib. Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu qeyd edirlər.

Samir


Müəllif: