“Sazz”da bomba həyəcanı yaşandı.
Teleqraf.com Daxili İşlər Nazirliyinin internet saytına istinadən xəbər verir ki, otyabrın 31-də saat 11.37 radələrində “Sazz” internet şirkətindən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə məlumat daxil olub.
Dərhal müvafiq tədbirlər görülmüş və məlumat təsdiqini tapmamışdır.
Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.