Noyabrın 1-nə keçən gecə Bakı ətrafında odlu silahla bir nəfər öldürülüb.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həmin şəxs ölüb.
F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.