2 Noyabr 2014 02:12
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə bir gecədə iki nəfər bıçaqlanıb.

Teleqraf.com-a Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 33 yaşlı Allahverdiyev Rəşad Firuddin oğlu qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, R. Allahverdiyevi 27 yaşlı Rəhman Nağıyev bıçaqlayıb. Hadisənin dəmir yol vağzalı yaxınlığında baş verdiyi bildirilir.

Xəstəxanadan verilən məlumata görə, bu gecə 24 yaşlı Seyfullayev Mirdamət Nizami oğlu da döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı deyilir.

Həkimlər hər iki şəxsin vəziyyətinin ağır olduğu söyləyiblər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: