Bakının Nəsimi rayonunda mağazadan və kompüter salonundan oğurluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Bəhruz Xəlilov tutulub. Onun oktyabrın 20-də Rüfət Cabbarova məxsus mağazadan gümüşdən hazırlanmış əşyalar oğurlamaqda təqsirli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov