25 İyul 2021 20:26
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, İlham Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər