23 Noyabr 2021 19:26
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər