Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.
Suraxanı rayon prokurorluğundan Teleqraf.com-a bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, zəruri istintaq hərəkətləri və məhkəmə tibb ekspertizası həyata keçirilib.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Hadızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.