18 Fevral 2022 19:42
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) narkotik ittihamı ilə həbs olunan şəxsin apelyasiya şikayətinə münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, məhkəmənin 7 avqust 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bakı şəhər sakini Paşa Umudov həbsindən təxminən 2 il keçəndən sonra apelyasiya şikayəti verərək bildirib ki, o vaxt ona elan olunmuş narkotik ittihamı saxtadır.

"Halbuki, 2019-cu ilin oktyabr ayında o, saxlanılarkən özünün də etiraf etdiyi kimi hal şahidlərinin və vəkilin iştirakı ilə onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. Həmin vaxt P.Umudov özü də səmimi şəkildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və 3 nəfər tanışı da P.Umudovdan istifadə üçün narkotik vasitə almalarını təsdiq etmişdilər", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər