22 Noyabr 2014 09:21
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda baş verən dəhşətli qətl hadisəsinin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Y.Bədəlov küçəsində Salyan rayon sakini Münəvvər Miriyevanı bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində qadını həyat yoldaşı Elmar Əliyev tərəfindən törədilməsi üzə çıxıb. Dəfələrlə məhkumluq həyatı yaşayan Elmar Əliyev həbs edilib.

İlkin məlumata görə, qanlı cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Elmar Əliyev həyat yoldaşının başqası ilə münasibətdə olmasından şübhələnib və buna görə də onu öldürüb.


Qeyd edək ki, hadisə rayonun Y.Bədəlov küçəsində qeydə alınıb. Salyan rayon sakini Münəvvər Miriyevanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evindən tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər