23 İyun 2022 17:19
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda atasını öldürməkdə ittiham olunan İlqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İlqar Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin martın 12-də Ramazan Kərimov təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb.

Meyitin daxili müayinəsi zamanı mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılanıb.

Ramiz Kərimov barəsində həbs-qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov