Bakının Xəzər rayonunda mağazadan oğurluq edən gənc tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi 1-ci polis bölməsi, Suraxanı rayon Polis İdarəsinin 30 və 31-ci polis bölmələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Təbriz Qasımov tutulub.
O, noyabrın 29-da səhər saatlarında Türkan qəsəbəsi Dənizkənarı küçəsində Məzahir Mayılova məxsus mağazanın, qapısını sındırmaqla 1500 manat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov