Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yalandan məlumat verməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Amid Mayılov cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Amid Mayılov bu ilin sentyabr ayında bir nəfər polisə zəng edərək Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən telefon dükanında bomba olduğunu deyib.
Xüsusi xilasedicilərin iştirakı ilə dükan yoxlanış zamanı heç bir təhlükə bomba tapılmayıb. Polis əməkdaşların əməliiyat axtarış tədbirləri nəticəsində polisə yalandan məlumat verən şəhər sakini Mikayılov Amid saxalanılıb.
O, Cinayət Məcəlləsini 216-ci (bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham edilir. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı isə dekabr 9-na təyin edilib.
Hacı Zeynalov