Paytaxtda mağaza müdirinin meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 24-də Bakının Yasamal rayonunda ərazisində baş verib.
"Kığılı"nın "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbarında meyiti tapılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.