Balakən rayonunda evdən xeyli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Balakən rayonunun Şərif kəndində qeydə alınıb.
Kənd sakini Hicran Bağmanovanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanıb. Hadisə zamanı cinayəti törədən şəxslərdə silah olub.
Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Mahama Qoqayev və əvvəllər məhkum olunmuş Nəriman Mağlıyev tutulublar. Nəriman Mağlıyevin evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 97 qram marixuana aşkar edilərək götürülüb.
Hacı Zeynalov