16 Sentyabr 2022 18:45
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda nənəsini qətlə yetirməkdə ittiham olunan Murad İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Murad İmanov 18 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, bu il aprelin 11-də saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini, 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad İmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər