8 Dekabr 2014 14:49
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda yaşayış evində partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Zığ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evə ziyan dəyib, yanıq xəsarətləri almış S.Cahangirov və qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: