30 Sentyabr 2022 15:05
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu Rayon Məhkəməsinin hakimi Tahirə Əsədova rayon sakinləri olan Əminağa Camalov, Lətifə Əliyeva və Həmidağa Camalovun Gələcək Azərpaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı iddia ərizəsinə baxmaqdan imtina edib.

Vəkil Tofiq Aslanovun Teleqraf.com-a bildirib ki, hakim eyniməzmunlu işlə bağlı daha öncə qərar qəbul etdiyini iddia edərək işə baxmaqdan imtina edib.

Qaydaya əsasən məhkəmə sədri hakimin imtina qərarına qiymət verəcək. Ya iş təkrar Tahirə Əsədovaya yönləndiriləcək, ya da başqa bir hakimə həvalə olunacaq.

Qeyd edək ki, Camalovlar sabiq deputat Qalib Salahzadənin dayılarıdır. Onlar Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2, 3 və 9 ünvanlarındakı dəyəri 25 milyon dollarla ölçülən torpaq sahəsi və onun içərisindəki evlərin Rəsul Quliyevin adamları tərəfindən zəbt edildiyini iddia ediblər. Camalovlar xüsusi mülkiyyətlərində olan daşınmaz əmlaklardan istifadəyə maneənin aradan qaldırılmasını məhkəmədən tələb edirlər.

Mülki iş öncə hakim Tahirə Əsədovanın icraatında olub. O, imtina etdiyi üçün iş hakim Əşir Səmədova tapşırılıb. Əşir Səmədov yenidən işi Tahirə Səmədovaya qaytarıb. Sonuncu da öz növbəsində imtina etdiyi üçün iş hakim Şəbnur Qədimovaya həvalı olunub. Sonuncu da işi Tahirə Səmədovaya qaytarıb. Bu gün isə Tahirə Səmədova işə baxmaq istəmədiyini bəyan edib.

Camalovlar hesab edirlər ki, kimlərsə Rəsul Quliyev və onun yaxını Ağasif Şakiroğlunu himayə edir. Hakimlər də bu səbəbdən işə baxmaqdan imtina edirlər.

Bildirilir ki, vaxtilə Camalovların yaşadığı, hazırda isə partiya sədrinin yaşadığı 25 milyon dollarlıq bağ evi mülki mühafizə xidməti tərəfindən bərk-bərk qorunur.

Camalovlar onu da qeyd edirlər ki, Rəsul Quliyevin adamlarının iddia etdikləri torpaq sahəsinin ünvanı əslində Rusiya səfirliyinin Bilgəhdə dəniz kənarında olan mülkünün ərazisinə düşür.

Camalovlar məsələnin dəqiq və vicdanlı araşdırılmasını, hakimin ədalətli qərar qəbul etməsini tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər