Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Lazımov 14 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 23-də Nizami rayonunda qeydə alınıb. Bakı şəhər sakini Elçin Lazımov Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyev öldürülüb. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib.
Məlumata görə, Elçin Lazımov “Azəriqaz”ın əməkdaşı olub. İstintaq araşdırması zamanı məlum olub ki, Elçin Lazımov onun qızı ilə bir ildir ailəli olan Rəvan arasında münaqişə olub.
Nəticədə Elçin Lazımovun qızı ər evindən gedib. Bu məsələ atanı çox qəzəbləndirib, ona görə də məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlib və qanlı cinayəti törədib.
Hacı Zeynalov