15 Dekabr 2014 12:13
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Orxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayonun, Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib.

Cinayəti törədən Cəlilabad rayonunda anadan olmuş 21 yaşlı Orxan Dadaşov tutulub. O, istintaqa verdiyi ifadəsində bildirib ki, gecə saatlarında mağazanın yanından keçərkən içəridə müştəri olmadığını görüb. Buna görə də quldurluq etmək qərarına gəlib. Orxan Dadaşov üstündə gəzdirdiyi bıçaqla mağazanın satıcısı Murad Hacıyevi öldürəcəyilə hədələyib. Daha sonra isə kassadan 100 manat götürərək hadisə yerindən qaçıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Dadaşov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər