9 May 2014 23:58
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam Kiyevdə "Arsenalnaya" metrostansiyasında partlayıcı qurğu tapılıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu səbəbdən adı çəkilən metrostansiya bağlanıb.

TSN-in xəbərinə görə, metroya düşən bir nəfərin çantasının tüstüləndiyi diqqətdən yayınmayıb. Həmin şəxsin yanında daha bir oğlan olub. Onlardan şübhələnən şəxslər dərhal hadisə barədə milisə məlumat veriblər. Milis isə təxribatçıları həbs edib. Onların çantasından kustar üsulla hazırlanmış partlayıcı qurğu və tezalışan maddə tapılıb.

Saxlanılanlar metroya nədən partlayıcı qurğu ilə daxil olduqlarını izah edə bilməyiblər. Metroda və ətrafdakı obyektlərdə əlavə partlayıcıların olub-olmaması üçün axtarış aparılıb. Daha sonra "Arsenalnaya" metrostansiyası açılıb.

Nihad


Müəllif: