25 Dekabr 2014 08:32
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada 6 ildir ki, ailə həyatı quran 2 uşaq anası gəlin başqası ilə qaçıb.
Məlumata görə, gəlin həmin oğlanla internetdə tanış olub. Hadisə baş verən ailə “xezerxeber”ə danışıb.
26 yaşlı Tamilla Baxışova xalası oğlu ilə ailə qurduqdan sonra Rusiyada yaşayıb. Cütlüyün bir oğlan bir də qız uşağı olub. Bir müddət əvvəl isə gəlin qız uşağını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib.
Gecə hamı yatandan sonra o, planını işə salıb. Səhər evdə olmadığını görənlər narahat olub. Sonradan məlum olub ki, tanış olduğu oğlana qoşulub evdən qaçıb.
Gəlin qaçdıqdan sonra valideynlərinə telefonla zəng vurub. Hadisədən sonra ailə polisə müraciət edib. Tamilla Baxışova ərinə də zəng edərək başqasına qoşulub qaçdığını və ondan nigaran qalmamalarını bildirib.


Müəllif:

Oxşar xəbərlər