2 Fevral 2023 17:04
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsi tərəfindən istintaq orqanının vəsatətini təmin edilib.

Məhkəmə Famil Nəsibovun basrəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Famil Nəsibovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər