Bakının Nizami rayonunda oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyin Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı 1994-cu il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.
Onlar yanvarın 1-də axşam saatlarında T.Bədəlov küçəsində Bakı şəhər sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlayıblar.
Hacı Zeynalov